Azərbaycanda yeni medal təsis edilir.
Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
“Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra təklif səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
©Trend