12 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 10% artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 12 milyard 271 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,1 % çoxdur.

Banker.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, indiyə qədər Azərbaycan ərazisində 99 690 ədəd yeni nəsil NKA quraşdırılıb.

“Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb”, – deyə məlumatda qeyd olunub.

Son xəbərlər
Digər xəbərlər