2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda yeni pensiya sisteminin iştirakçıları 1971-ci ildən sonra doğulanlar olacaq

“Azərbaycanda könüllü sosial sığortalanma hesabına yığım pensiya planları sisteminin iştirakçıları 1971-ci il yanvar 1-də və bu tarixdən sonra anadan olan kişilər, 1974-cü il yanvarın 1-də və bu tarixdən sonra doğulan qadınlar olacaq. Yəni bu sistemdən istifadə hüququ yalnız onlara veriləcək”.

Bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev “Caspian European Club”un üzvləri ilə görüşündə deyib.

Onun sözlərinə görə, əhalinin daha gənc təbəqəsinin bu sistemə qoşulması iqtisadi likvidlik baxımından vacib şərtdir: “Qeyd edilən tarixdə doğulanlar öz fəaliyyətlərini uzun müddət davam etdirməlidirlər ki, həm fərdi hesablarına müəyyən vəsait yığıla bilsin, həm də vəsaitlərini sığorta-maliyyə bazarına yerləşdirə bilsinlər. Əks halda, fərdi hesablardakı vəsaitlərin az olması idarəetmə xərcləri ilə disbalans təşkil edəcək. Bu baxımdan əhalinin daha gənc təbəqəsinin bu sistemə qoşulması iqtisadi likvidlik baxımından vacib şərtdir”.

E.Mehdiyev əlavə edib ki, yığım pensiyalarında dövlət hər il apardığı indeksləşməni həyata keçirməyəcək.

DSMF sədri əlavə edib ki, dünyanın əksər ölkələrinin pensiya sistemində sığorta haqlarının ödənilməsində məcburi sistemdən könüllü sistemə qayıdış edirlər. Azərbaycan isə yığım sistemini könüllülük prinsipi əsasında həyata keçirilməsini hədəfə götürüb.

Trend

Son xəbərlər
Digər xəbərlər