Bu ilin yanvar-sentyabr aylarında Maliyyə Bazarlarına Nəzarət Palatası ümumi dəyəri 12 835 milyon manat olan 152 yeni qiymətli kağızı dövlət qeydiyyatına alıb.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,6% və 7,8% çoxdur.
9 ay ərzində 89 korporativ səhm qeydiyyatdan keçib. Bunun 11-i kredit təşkilatlarına, 6-sı sığorta şirkətlərinə, 72-si isə digər təşkilatlara məxsus olub.
Hesabat dövründə qeydiyyata alınmış korporativ istiqrazların sayı isə 19 olub. Bunun 4-ü kredit, 15-i isə digər təşkilatlara məxsus olub.
Bundan başqa, yanvar-sentyabrda Palata 44 dövlət qiymətli kağızını qeydiyyata alıb. Bunun 2-si Maliyyə Nazirliyinin istiqrazları, 42-si isə Azərbaycan Mərkəzi Bankının notları olub.