2021-2022-ci illərdə Azərbaycanda yaradılmış 8 bank olmayan kredit təşkilatından (BOKT) 4-ü Mərkəzi Bankdan lisenziya ala bilməyib.
Bunlar “Partner Finance”, “Maya”, “Home Finance” və “Payonix” MMC-lərdir.
Tənzimləyici qurumun lisenziya verdiyi BOKT-lar isə “FNC”, “Azfinans”, “Finkapitalı” və “SF Azerbaijan” MMC-lərdir.
Hazırda ölkədə 56 lisenziyalı BOKT var. Azərbaycan qanunvericiliyinə görə, bu növ kredit təşkilatları minimum 300 min manat nizamnamə kapitalı ilə yaradıla bilər.