10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda yığılan 266 avtomobil anbarlarda qalıb

Maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2024-сü ilin yanvar ayında 50,8 milyon manatlıq məhsul istehsal edilib.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Əvvəlki ilin müvafiq ayı ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 54,1 faiz artmış, maşın və avadanlıqların istehsalı əvvəlki ilin müvafiq ayı ilə eyni səviyyədə qalmış, sair nəqliyyat vasitələrinin istehsalı isə 66,5 faiz azalıb.

2024-сü ilin yanvar ayında 406 ədəd və ya əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 211 ədəd çox minik avtomobili istehsal olunmuşdur. 01.02.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 266 ədəd təşkil edib.

Ay ərzində əvvəlki ilin müvafiq ayı ilə müqayisədə traktorların istehsalı isə 51.5 faiz azalıb. 01.02.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 10 ədəd təşkil edib.

Son xəbərlər
Digər xəbərlər