2024-сü ilin yanvar-noyabr aylarında 725.8 milyon manatlıq məhsul istehsal edilmiş, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 56.6 faiz artıb.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Maşın və avadanlıqların istehsalı 46.1 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 52,9 faiz azalıb.
2024-сü ilin yanvar-noyabr aylarında 5225 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2088 ədəd çox (66.6% çox) minik avtomobili istehsal olunub. 01.12.2024-cü
il vəziyyətinə hazır məhsul ehtiyatı 207 ədəd təşkil edir.
Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 13.6 faiz azalıb. 01.12.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 11 ədəd təşkil edir.