Azərbaycanda yumurta yenidən bahalaşıb.
Banker.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, bir neçə gün bundan əvvəl 10-11 qəpiyə satılan kənd yumurtası bu gün 14 qəpiyə təklif edilir.
Sakinlər bunun səbəbini mövsümlə əlaqələndirirlər:
“Bu ayın sonuna qədər kənd yumurtasının qiyməti artmaqda davam edəcək. Amma iyul ayından sonra yenidən yumurtanın qiymətində azalma müşahidə olunacaq”.