“25” iyul 2026-ci il tarixdə, saat 11:00-da “Gəncə Cihazqayırma Zavodu” ASC-nin [Gəncə şəhər Vəli Xuluflu 1] ünvanında yerləşən baş ofisində Cəmiyyətin Səhmdarlarının Ümumi Yığıncağının növbəti iclası çağrılır.
Banker.az xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1.Cəmiyyətin fəaliyyəti üçün tələb olunan müxtəlif maliyyələşdirmə üsulları və vasitələrinin (bank kreditləri, səhmdarlardan cəlb ediləcək borc vəsaitləri, müvafiq zəmanətlərin qarantiyaların alınması və s.) nəzərdən keçirilməsi və təsdiqi;
2. Cəmiyyətin 2025-ci ilin nəticəsinə görə əldə edilmiş “Xalis mənfəətin bölüşdürülməsi və dividendin ödənilməsi” xalis mənfəətin müəyyən hissəsinin cəmiyyətin səhmdarlarına divident formasında ödənilməsi;
3. Digər məsələlər.
Xatırladaq ki, zavod 2008-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 211 956 manatdır və qanuni təmsilçisi Ayət Bağırovdur.







