Nexia International beynəlxalq audit şirkətinin Azərbaycandakı rəsmi təmsilçisi olan “Nexia EA” MMC təşkilatı-hüquqi formasını çevrildiyini elan edib.
Banker.az bu barədə, audit və konsaltinq şirkətinin Vergilər Qəzetindəki elanına istinadən xəbər verir.
“Təşkilati-hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətə çevrildiyini elan edir”, – deyə “Nexia EA” MMC-yə aid məlumatda qeyd edilir.
Xatırladaq ki, “Nexia EA”nın daxil olduğu qrup “Nexia International”, “International Accounting Bulleten”in 2018-ci il üzrə sorğusuna əsasən dünyanın 10 ən böyük beynəlxalq audit, mühasibatlıq və konsaltinq şirkətlərindən biridir. Baş ofisi Böyük Britaniyanın London şəhərində olmaqla dünyanın 105-dən artıq ölkəsində fəaliyyət göstərir