Azərbaycandakı bank olmayan kredit təşkilatlarının (BOKT – “Aqrarkredit” QSC istisna olmaqla) cəmi aktivləri ilin əvvəlindən 2% artaraq cari il aprelin 1-nə 349,4 mln. manat təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verilir.
Müştərilərə verilən kreditlərin həcmi də hesabat dövründə 5,9% artaraq 268,8 mln. manatdan 284,7 mln. manata yüksəlib. Təşkilatlar tərəfindən kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün 38,5 mln. manat ehtiyat ayrılıb.
Hesabat dövründə BOKT-ların cəmi öhdəlikləri 3,5% artaraq 201,4 mln. manatdan 208,4 mln. manata çatıb.
Bu müddətdə təşkilatların cəmi kapitalı 141,2 mln. manatdan 141 mln. manata enib, nizamnamə kapitalı isə 1102, mln. manatdan 113,8 mln. manata yüksəlib.
Hesabata əsasən, BOKT-lar bu ilin birinci rübünü 6 mln. manat xalis mənfəətlə yekunlaşdırıb.