Lənkəran şəhərində fəaliyyət göstərən “İnam Kredit İttifaqı” MMC adını “İdeal Kredo Kredit İttifaqı” MMC-yə dəyişib.
Banker.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatası məlumat yayıb.
Xatırladaq ki, bu maliyyə qurumu 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 min manat, qanuni təmsilçisi isə Rəşad Mühəndis oğlu Məcidovdur.