2 C
Baku
Sunday, December 15, 2024

Azərbaycandakı valyuta mübadiləsi məntəqələrinə 6 ay vaxt verildi

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə fəaliyyət göstərən 5 valyuta mübadiləsi məntəqəsinə minimum nizamnamə kapitalının formalaşdırılması, habelə girov vəsaitinin məbləğinin yerləşdirilməsi üçün 6 ay vaxt verib.

Banker.az bu barədə AMB-yə istinadən xəbər verir ki, yeni tələblərə əsasən, valyuta mübadiləsi xidmətlərini təqdim edəcək hüquqi şəxslər üzrə kapital tələbinin regional differesiallaşdırılması aparılıb, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının işğaldan azad edilmiş ərazilərində əhalinin maliyyə xidmətlərinə əlçatanlığının təmin edilməsi məqsədlərinə uyğun olaraq bu fəaliyyətin həmin ərazilərdə təşkili üzrə müvafiq kapital tələbləri minimal səviyyədə müəyyən edilib.

Həmçinin, girov vəsaitinə dair tələblər də yenilənərək, minimum nizamnamə kapitalının 10 %-i məbləğində müəyyən edilib.

 

Son xəbərlər
Digər xəbərlər