-3 C
Baku
Sunday, December 15, 2024

Azərbaycandan 6 ay ərzində $1,4 milyardlıq kapital axını baş verib

Azərbaycana cəlb olunmuş investisiyaların repatriasiyasının həcmi 2019-cu ilin II rübündə 655 mln. ABŞ dolları (USD) təşkil edib.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) əldə etdiyi məlumata istinadən xəbər verir.

Cari ilin ilk rübündə isə 741 mln. ABŞ dolları təşkil etmişdi. Beləliklə ilk yarımillikdə kapital axının həcmi 1 milyard 396 milyon ABŞ dolları təşkil etmişdir.

Bildirək ki, geridə qoyduğumuz 2018-ci ilin III rübü və IV rübü üzrə yalnız AMB açıqlamalar vermişdi. O açıqlamalarda qeyd edilirdi ki, III rübdə 687 mln. dollar və IV rübdə isə 756 dollar kapital Azərbaycandan xaricə axıb.

Kapital axını (The Internatıonal Flows of Goods and Capıtal) – Açıq iqtisadiyyatın digər ölkələrin iqtisadiyyatı ilə qarşılıqlı fəaliyyəti iki yolla baş verir: dünya əmtəə bazarlarında əmtəə və xidmətlər alqısı və satqısı yolu ilə və dünya maliyyə bazarlarında maliyyə resurslarının alqısı və satqısı yolu ilə.

Son xəbərlər
Digər xəbərlər