Azərbaycandan apteklər yanvarda 100 milyon manatdan çox gəlir əldə ediblər

2024-cü ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində (apteklərdə) 106.2 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2023-cü ilin yanvar ayına nisbətən 11.6% azalıb.

Bu ilin ilk ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 2.4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatlarının alınmasına sərf olunub.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər