Ötən ay Azərbaycandan Gürcüstana 1,75 mln. dollar pul köçürülüb.
Report Agentliyinin yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Bankı məlumat yayıb.
Aylıq müqayisədə Azərbaycandan qonşu ölkəyə pul köçürmələrinin həcmi 6,7% artıb.
Aprel ayında Gürcüstandan Azərbaycana isə 1,14 mln. dollar köçürülüb ki, bu da aylıq müqayisədə 26,7% çoxdur.
Ötən ay qonşu ölkəyə xarici ölkələrdən, ümumilikdə, 137,1 mln. dollar pul daxil olub. Bu göstərici illik müqayisədə 12,6 mln. dollar və ya 10,1%çoxdur.