12 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycandan İsrailə həftədə 8 birbaşa uçuş həyata keçiriləcək

İsrailin kənd təsərrüfatı nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəlib, kənd təsərrüfatı və su ehtiyatları sahəsində iki müqavilə imzalayıb.

Bunu İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik deyib.

Onun sözlərinə görə, İsrailin Milli Su Qurumu – “Mekorot” şirkəti Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC ilə suvarma sahələrinin qurulması strategiyası ilə bağlı müqavilə imzalayıb.

“Eləcə də kənd təsərrüfatı sahəsində digər şirkətlər quşçuluq, damcı suvarma, südçülük təsərrüfatları ilə bağlı müqavilələr imzalayıb. Beləliklə, işin başlandığını görə bilərsiniz. Kosmik sahədə də əməkdaşlıq üçün maraq var. Deməli, bu əməkdaşlıqları biz görürük. Amma düzünü deməliyəm ki, bu, hələ kifayət deyil, potensialdan çox aşağıdır. Ticarət əlaqələrimizdən neft sektorunu çıxarsanız, ticarət səviyyəmiz dost ölkələr arasında olması lazım olandan çox aşağıdır. Ona görə də düşünürəm ki, bizim hələ görülməli çox işimiz var və dediyim kimi, səfirliyin açılması yalnız başlanğıc olacaq. Biz buradakı səfirliyimiz, Azərbaycanın İsraildəki səfirliyi və Azərbaycanın ticarət ofisi vasitəsilə birlikdə işləyəcəyik”, – səfir vurğulayıb.

Diplomat onu da qeyd edib ki, əlavə olaraq, AZAL gələn il İsrailə daha çox aviareys həyata keçirəcək: “AZAL vasitəsilə İsrailə hər həftə təxminən 8 birbaşa uçuş həyata keçirəcəyik. Bu günlərdə bu məsələ müzakirə olunur. Eyni zamanda, İsraildən “İsrair” tərəfindən təxminən 3 uçuşumuz olacaq. Deməli, söhbət həftədə 10-dan çox uçuşdan gedir. Bu, böyük rəqəmdir və hər iki tərəfdən turizm potensialının səviyyəsini əks etdirir”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər