Bu ilin yanvar-sentyabr ayında isə 67.4 milyon ABŞ dolları dəyərində fındıq ləpəsi ixrac olunub.
Banker.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın 2020-ci il oktyabr sayında bildirilir.
Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 20.5 milyon ABŞ dolları və ya 23.3% azdır.
2020-ci ilin sentyabr ayında isə Azərbaycanda 8.3 milyon ABŞ dolları dəyərində fındıq ləpəsi ixrac edilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.4 milyon ABŞ dolları və ya 29.06% çoxdur.