15 C
Baku
Saturday, May 11, 2024

Azərbaycandan ixrac edilən polietilenin ölkəyə gəliri 2 dəfə artıb

Azərbaycandan ixrac olunan polietilenin dəyəri bu ilin yanvar-avqust ayları ərzində 104 milyon 917 min ABŞ dolları təşkil edib

Banker.az Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən xəbər verir ki, ixrac edilən polietilen 90 min 602 ton təşkil edib. Belə ki, illik müqayisədə ixrac olunmuş bu mehsulun dəyəri 80% və ya 2 dəfə, miqdarı isə 0.9% artıb.

Qeyd edilən dövrdə Azərbaycanın polipropilen ixracından gəliri isə 75 milyon 897 min ABŞ dollar təşkil edib ki, illik müqayisədə bu, 46.5% çoxdur. İxrac edilmiş bu məhsul 56 min 928 ton olub.

Hesabat dövründə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracında polietilen ixracı 6.62%,  polipropilenin ixracı isə 4.79% paya malik olub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər