10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycandan ixrac olunan nektari geri qaytarıldı

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) Qafqaz Bölgələrarası İdarəsi tərəfindən Azərbaycandan gətirilən 18,7 ton nektarin partiyasına fitosanitar nəzarəti zamanı qonur monilioz çürük (Monilinia fructicola) aşkarlanıb.

“Rosselxoznadzor”un yaydığı məlumata görə, meyvələrdə monilioz çürüyünün olması Dağıstan şöbəsinin laboratoriya rəyi ilə təsdiqlənib.

Həmçinin oxu: Məktəb ləvazimatlarının “Topdan qiymətinə pərakəndə” satıldığı ünvanlar

Bununla bağlı Rusiya Federasiyasının fitosanitar qanunvericiliyinə uyğun olaraq tədbirlər görülüb və mallar Azərbaycana geri qaytarılıb.

Xatırladaq ki, avqustun 30-da “Rosselxoznadzor” mütəxəssisləri tərəfindən İrandan gələn 19,5 ton nektarin partiyasına keçirilən baxış zamanı da qonur monilioz çürüyü aşkar edilmişdir. Dağıstanda sözügedən karantin obyekti ilk dəfə aşkar edilib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər