Azərbaycanda maliyyəçilərdən ibarət “Baku” komandası Rusiyanın dövlət kanalı “Rossiya 1”-dəki “100/1” adlı viktorinada qalib olublar.
Banker.az xəbər verir ki, yarışmada “PAŞA Kapital İnvestisiya Şirkəti”nin direktor müavini Rauf Qurbanov, “Hermes Finance”ın Müşahidə Şurasının sədri Emil Rzayev, “Hermes Finance”nin baş maliyyə direktoru Rəvan Cəfərov iştirak ediblər.