15 C
Baku
Wednesday, April 24, 2024

Azərbaycandan ötən il ən çox neft alan ölkələrin SİYAHISI

2021-ci ildə Azərbaycanın bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarının ən ixrac olunduğu ölkələr açıqlanıb.

Banker.az xəbər verir ki, Azərbaycan mənşəli xam neftin ən çox ixrac olunduğu ölkələr siyahısına yenə İtaliya liderlik edib.

Hesabat dövründə bu ölkəyə 12 mln 581 min 657 ton həcmində Azərbaycan nefti ixrac olunub.

Azərbaycan neftinin ikinci ən böyük alıcısı İsrail olub. Belə ki, ötən il İsrail 1 mln. 710 min 740 ton Azərbaycan nefti alıb.

Xorvatiya və Almaniya ixrac olunan Azərbaycan neftinin növbəti ən böyük alıcılarındandır. 2021-ci ildə Xorvatiya 1 mln. 530 min 609 ton, Almaniya isə 1 mln. 164 min 599 ton həcmində Azərbaycan nefti alıb.

nft

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər