25 C
Baku
Sunday, April 28, 2024

“Azərbaycandan qeyri-qanuni yollarla arpa ixrac olunur”

Azərbaycanda son vaxtlar arpa qıtlığı yaranıb ki, buna da səbəb məhsulun bir sıra işbazlar tərəfindən qeyri-qanuni yollarla kütləvi şəkildə qonşu ölkələrə, xüsusilə də İrana və İraqa ixracı ilə bağlıdır.

Azərbaycan quş əti, yumurta istehsalçıları və ixracatçıları Assosiasiyasından (APEPEA) verilən məlumata görə, dən şəklində arpa ixracı qadağan olunduğuna görə, işbazlar onu kiçik qırıntılara bölərək, “emal sənayesi məhsulu” adı altında Azərbaycandan çıxarırlar. “Halbuki emal sənayesi məhsulu üçqat emaldan keçmiş məhsullar hesab olunur. Hazırda quşçuluq təsərrüfatlarında yem təchizatı ilə bağlı ciddi problemlər var. Yerli istehsal məhsulu olan arpanın kütləvi şəkildə ixracı yerli sahibkarların problemlərini daha da kəskinləşdirir. Eyni halın yaxın günlərdə buğda, qarğıdalı və çovdarla bağlı da yaranacağı istisna edilmir”, – məlumatda bildirilir.

Həmçinin qeyd olunur ki, ixracı rəsmi statistikadan da izləmək mümkündür. Belə ki, Dövlət Statistika Komitəsinin rəsmi məlumatına əsasən, 2021-ci ilin ilk 3 ayında Azərbaycandan xaricə arpa ixrac olunmadığı halda, bu ilin eyni dövründə 17427,84 ton belə məhsul ixrac edilib.

Qeyd olunan məsələ ilə bağlı Assosiasiya Azərbaycan Respublikasının Baş nazirinə, iqtisadiyyat və kənd təsərrüfatı nazirlərinə müraciət edərək ixracın qarşısının alınmasını xahiş ediblər.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər