20 C
Baku
Thursday, May 2, 2024

Azərbaycandan Rusiyaya aksizli malların ixracı asanlaşdırılıb

Rusiya hökumətinin qərarı ilə Azərbaycanla sərhəddəki “Yaraq-Qazmalar” gömrük-sərhəd buraxılış məntəqəsində aksizli malların rəsmiləşdirilməsi üçün xüsusi gömrük postu müəyyən edilib.

Banker.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Nazirliyin məlumatına görə, bu, sahibkarlara aksizli malların, xüsusilə şərab və spirtli içkilərin ixracının genişləndirilməsinə əlavə imkanlar yaradır.

“Əvvəllər Azərbaycan-Rusiya sərhədində aksizli malları rəsmiləşdirmək üçün xüsusi gömrük postunun olmaması Azərbaycan məhsulları üçün ənənəvi bazarlardan hesab edilən Rusiyaya şərab və spirtli içkilərin ixracının genişləndirilməsində çətinliklər yaradır, ixrac olunan məhsulların bahalaşmasına, vaxt itkisinə, rəqabət qabiliyyətinin aşağı düşməsinə gətirib çıxarırdı. Bunları nəzərə alaraq, aksiz postunun müəyyən edilməsi ilə bağlı Azərbaycan və Rusiyanın aidiyyəti qurumları arasında keçirilən görüşlərdə bu məsələ vaxtaşırı olaraq qaldırılıb, müxtəlif platformalar vasitəsilə prosesin sürətləndirilməsi istiqamətində işlər aparılıb”, – deyə məlumatda qeyd olunub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər