23 C
Baku
Tuesday, April 23, 2024

Azərbaycandan Rusiyaya turist səfərləri 7% artıb

2018-ci ilin I rübü ərzində Rusiyaya səfərlərin statistikası açıqlanıb.

“İnterfax”a istinadən xəbərə görə, “TurStat” agentliyinin məlumatına əsasən hesabat dövrü ərzində Azərbaycandan Rusiyaya turist səfərlərinin sayı 193 min təşkil edib, bu da ötən ilin yanvar-mart aylarının göstəricisindən 7% çoxdur. Rusiyaya turist səfərlərinin sayına görə, Azərbaycan 5-ci yerdə qərarlaşıb.

Bu il Rusiyaya səfər turizmi Cənub-Şərqi Asiya və Avropa İttifaqına üzv ölkələrdən olan turistlərin sayı hesabına artır. Birinci rüb ərzində xarici vətəndaşların Rusiyaya turist səfərlərinin ümumi sayı 4,3 mln., ötən il ərzində – 24 mln. təşkil edib.

Birinci rübün yekunları üzrə Rusiyaya səfər turizmin siyahısında ilk onluqda həmçinin Ukrayna, Qazaxıstan, Çin, Finlandiya, Polşa, Ermənistan, Moldova, Qırğızıstan daxildir.

MənbəAPA
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər