21 C
Baku
Saturday, May 4, 2024

Azərbaycandan tədarük hesabına Bolqarıstanda qazın qiyməti 6% ucuzlaşacaq

Bolqarıstanın milli qaz şirkəti “Bulgargas” fevral ayı üçün qazın qiymətində 6%-lik ucuzlaşma proqnozlaşdırır.

Şirkətin hesablamalarına əsasən qarşıdakı ayda vergi və digər xərclər istisna olmaqla bir MVt/saat üçün 73 lev səviyyəsində müəyyənləşdirilib.

Ucuzlaşmanın səbəbi Azərbaycanla uzunmüddətli qaz müqaviləsi və hərrac yolu ilə alınan mayeləşdirilmiş təbii qaz da daxil olmaqla fərqli amillərdir. Həmçinin ölkənin Çirəndəki anbarından qazın istifadəsi də planlaşdırılır.

Bildirilib ki, hesablanan 6%-lik ucuzlaşma dəyişə bilər və son təklif “Bulgargas” tərəfindən təklif olunacaq. Bu təklif Bolqarıstanın Enerji və Su Tənzimləmə Komissiyası (EWRC) tərəfindən təsdiqlənməlidir.

Qeyd edək ki, 2023-cü ildə Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Bolqarıstana 1.39 milyard kubmetr Azərbaycan qazı nəql olunub. Bolqarıstana qaz tədarükü TAP-a birləşdirilən Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) vasitəsilə həyata keçirilir. IGB ilə Bolqarıstana qaz tədarükünə iki il əvvəl başlanıb. 2021-ci ildə 270 milyon kubmetr tədarük edilib. 2022-ci ildə tədarük 500 milyon kubmetrdən bir qədər çox olub.

IGB Yunanıstan ərazisi ilə qonşu ölkələrə qazın nəqli üçün də əsas marşrutdur.

Azərbaycan hazırda Avropada İtaliya, Bolqarıstan, Yunanıstan, Rumıniya və Macarıstana qaz tədarük edir. 2024-cü ildə isə Serbiyaya qaz tədarükünə başlanılacaq. Bundan başqa, Avropanın bir sıra ölkələri Azərbaycan qazını almaqda maraqlı olduqlarını bildiriblər.

IGB kəmərinin ötürmə qabiliyyəti 3 milyard kubmetrdir, bu il modernləşdirmə nəticəsində onun 5 milyard kubmetrə çatdırılması planlaşdırılır.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər