Azərbaycandakı fiziki şəxslərdən 2021-ci ilin ilk 9 ayında Türkiyə və Gürcüstana pul köçürmələri yüksəlib.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, Azərbaycandakı fiziki şəxslərdən Türkiyəyə köçürülmüş pul baratlarının həcmi 107.62 mln. dollar təşkil edib. Bu da 2020-ci ilin müvafiq dövründən 21.97 mln. dollar, yaxud 25.6% çox olması deməkdir.
Azərbaycandan Gürcüstana köçürülən pul baratları isə Gürcüstan 18.53 mln. dollar, yaxud 43.6% artımla 61.05 mln. dollara çatıb.
Rusiya Federasiyasına köçürülən pul baratları isə 8.3 mln. dollar (10.8%) artımla 85.46 mln. dollar təşkil edib.