10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycandan xaricə $970 milyonluq kapital çıxarılıb

Azərbaycandan 2019-cu ilin iyun-sentyabr ayları ərzində kapital axını 970 mln. ABŞ dolları təşkil edib ki, bu da son illərin rüb üzrə götürsək ən böyük rəqəmi olması deməkdir.

Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Cari ilin I rübü ərzində kapital axının həcmi $741 milyon, II rübü ərzində $655 milyon və qeyd etdiyimiz kimi son III rübü ərzində $970 milyonluq kapital axını baş vermişdir. Ötən ilin eyni rübü ilə müqayisədə həcmi 41,19 faiz artması deməkdir.

Cari ilin 3 rübü (yanvar-sentyabr) ərzində isə ölkədən 2 milyard 366 milyon ABŞ dolları həcmində kapital çıxarılıb. Lakin illik müqayisədə 1,4 faiz azalma olmasıdır – ötən ilin 3 rübü ərzində bu rəqəm 2 milyard 400 milyon ABŞ dolları təşkil edirdi.

Hesabat dövründə Azərbaycana cəlb olunmuş birbaşa investisiyaların həcmi isə 946 mln. manat təşkil etmişdir ki, ilin ilk 9 ayı ərzində 2 milyard 970 milyon ABŞ dolları olması deməkdir.

Kapital axını (The Internatıonal Flows of Goods and Capıtal) – Açıq iqtisadiyyatın digər ölkələrin iqtisadiyyatı ilə qarşılıqlı fəaliyyəti iki yolla baş verir: dünya əmtəə bazarlarında əmtəə və xidmətlər alqısı və satqısı yolu ilə və dünya maliyyə bazarlarında maliyyə resurslarının alqısı və satqısı yolu ilə.

Son xəbərlər
Digər xəbərlər