Azərbaycandan xarici bazarlara nar ixracı artıb

Azərbaycandan xarici bazarlara nar ixracı davam edir.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, bu ilin yanvar-noyabr aylarında ölkəmizdən xaricə 29,359.6 ton nar ixrac olunub.

Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 16.2% çoxdur.

Qeyd edək ki, əvvəlki ilin ilk 11 ayında Azərbaycandan xaricə 27 milyon 382 min ABŞ dolları dəyərində 25 min 259 ton nar ixrac olunmuşdu.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər