10 C
Baku
Friday, December 13, 2024

Azərbaycandan yarım milyon dollar çıxaran tutuldu

Dağıstan prokurorluğu Azərbaycandan Rusiyaya qeyri-leqal yolla, yük maşınının kuzovunda 424 min ABŞ dolları keçirməyə cəhd edərkən yaxalanan K.Əliyevin işinə dair rəsmi məlumat yayıb.

Banker.az Virtualaz.org istinadən xəbər verir ki, məlumata əsasən 2015-ci ilin sentyabrında K.Əliyev ona məxsus yük avtomobilinin kuzovunda gizlədərək 424 min ABŞ dollarını və 4.5 milyon rublu sərhəddən Rusiya ərazisinə keçirib. Lakin həmin şəxs Dağıstanla Azərbaycan sərhədindəki “Tahirkənd-Qazmalar” sərhəd-keçid məntəqəsində saxlanılıb və barəsində cinayət işi qaldırılıb. Yeni il ərəfəsində prokurorluq ona qarşı yekun ittihamı təsdiq edərək işi məhkəməyə göndərib. Cinayət işinə Məhərrəmkənd rayon məhkəməsi baxacaq. Həmin şəxs Dağıstan sakinidir.
 
Son xəbərlər
Digər xəbərlər