9 C
Baku
Friday, December 13, 2024

Azərbaycanın ən böyük yol tikintisi şirkətinin xalis mənfəəti ₼9 milyona çatıb

Azərbaycanın ən böyük və tanınmış yol tikinti şirkətlərindən biri olan “AzVirt” 2022-ci ili 573.09 milyon manat gəlir əldə edib və nəticədə 8.94 milyon manat xalis mənfəət əldə edib.

Banker.az xəbər verir ki, bu barədə şirkətin maliyyə hesabatında deyilir.

Hesabata görə, onun xərcləri illik 514.67 milyon manat olub.

Bu xalis mənfəətdən sonra onun balansındakı bölüşdürülməmiş mənfəət 62.45 milyon manat olub.

Qeyd edək ki, “AzVirt” avtomobil yollarının tikintisi, yenidənqurulması və təmiri; körpülərin, yol ötürücülərinin və digər süni qurğuların tikintisi, yenidənqurulması və təmiri; hava limanları üçün terminalların, uçuş-enmə zolaqlarının, sükan yollarının və perronun tikintisi, yenidənqurulması və təmiri; tikinti materiallarının istehsalı və lLayihələndirmə işləri üzrə ixtisaslaşıb. Durmadan böyüyən və inkişaf edən “AzVirt” MMC-nin Rumıniya, Serbiya, Türkiyə,Latviya, Montenegro, Gürcüstan, Ukrayna və s. ölkələrdə filialları açılmışdır.

“Azvirt” MMC-nin təsisçiləri “Martin Beteiligungs GmbH & Co KG”, Almaniya (30%), “Falcom Holding s.a.r.l”, Lüksemburq (25%), Elnur Əliyev (25%) və “Walz GmbH & Co KG”, Almaniya (20%).

Əlavə edilir…

Son xəbərlər
Digər xəbərlər