-3 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanın innovativ ödəniş sisteminin 5 illik yubileyidir®

E-Pul.az onlayn ödəniş sisteminin kollektivi 5 illiyini qeyd edir.

20 avqust 2014-cü ildə E-Pul.az onlayn ödəniş sistemi istifadəçilərin ixtiyarına verildi. Bir şirkət üçün çox qısa zaman olsa da, bu qısa zaman kəsiyində sektorunun innovativ ödəniş sistemi uğurlara, ilklərə imza atdı:

  • Bank olmayan təşkilat olaraq ilk dəfə Kartdan-karta xidməti;
  • Avtomatik ödənişlər;
  • Qafqazda ilk dəfə Masterpass sisteminə inteqrasiya;
  • Azərbaycanda ilk dəfə Facebook Messenger vasitəsi ilə ödəniş BOT-u

“Paysis” MMC-nin direktoru Samir Nasibov redaksiyamıza bildirdi ki, hər bir proyekt yaranarkən qarşısına qoyduğu məqsəd və fəth olunacaq hədəflər müəyyən edilir. Bu gün demək olar ki, biz şirkət olaraq qarşımıza qoyduğumuz əksər məqsədlərə nail olmuşuq. Yaxın gələcəkdə məqsədlərimiz dünyanın aparıcı ödəniş sistemi ilə birgə yeni məhsul yaradaraq,  əhalinin ixtiyarına  yeni ödəniş üsulu təqdim etməkdir. Bu gün E-Pul.az olaraq özümüzü təsdiq etdiyimiz üçün istifadəçilərimizə təşəkkürümüz sonsuzdur. Hər bir uğurumuz onların adı   ilə bağlıdır. Eləcə də, komandamızın hər bir üzvünə təşəkkürümü bildirirəm. Birgə daha böyük uğurlara imza atacağımıza əminəm.

E-Pul.az 5 illiklə əlaqədar olaraq bütün ödənişlərə 2 qat bonus təqdim edir. Kampaniya 20.08.2019-21.08.2019-cu il tarixlərini əhatə edəcək.

Qeyd edək ki, hazırda E-Pul.az ödəniş sistemində 300 000 istifadəçi 200-dən çox xidmət növündən yararlanır.

 

 

 

Son xəbərlər
Digər xəbərlər