“Baku Steel Company” MMC ixrac gəlirləri 36% artıb.
Banker.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nda məlumat verilib.
Belə ki, “Baku Steel Company” MMC 10.4 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.8 milyon ABŞ dolları və yaxud 36% çoxdur.
Keçən ilin müvafiq dövründə şirkət 7.6 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
Qeyd edək ki, “Baku Steel Company” Azərbaycanın metallurgiya sənayesinin inkişafında əsas rolu olan poladəritmə müəssisəsidir. Zavodda müxtəlif markalı polad pəstahlar, armaturlar istehsal edilir. Həmçinin, istehsal edilən məhsullar sırasına şveller, künclük, ikitavr və katanka daxildir. Şirkət Rusiya, Gürcüstan və digər ölkələrə məhsullarını ixrac edir.