22 C
Baku
Friday, April 26, 2024

Azərbaycanın 17.28 milyonluq şirkəti satışa çıxarılır

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti açıqlayıb ki, “Azərtütün” ASC özəlləşdirilməsinə dair investisiya müsabiqəsi elan edib.

Bu barədə Banker.az-a İqtisadiyyat Nazirliyindən bildirilir.

Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən “Azərtütün” ASC-nin özəlləşdirilməsi üzrə investisiya müsabiqəsində ümumi nominal dəyəri 17.281.464 manat olan 8.640.732 səhmi satışa çıxarılıb. Müəssisənin 1.644.616 manat öhdəlikləri və 63.360 manat debitor borcları var. Bu müəssisənin özəlləşdirilməsi üzrə keçiriləcək investisiya müsabiqəsində iştirak etmək üçün iddiaçılar investisiya qoyuluşunun istiqamətləri, məbləği və müddəti göstərilməklə ümumi həcmi 8.000.000 manatdan az olmayan investisiya proqramı təqdim etməli, yeni iş yerlərinin yaradılması, istehsal prosesinə müasir texnologiyaların tətbiqi, məhsul çeşidinin genişləndirilməsi ilə bağlı təkliflərini verməlidir.

Müsabiqə qalibi Səhmdar Cəmiyyətin səhmlərinin alınmasına görə dövlət büdcəsinə 6.300.000 manatdan az olmayan məbləğdə vəsaitin köçürülməsini təmin etməlidir.

İnvestisiya müsabiqənin qalibi nəticələr haqqında protokol təsdiq olunduğu tarixdən 30 gün müddətində Səhmdar Cəmiyyətin səhmlərinin alqı-satqı müqaviləsini imzalamalı, imzalandığı tarixdən 30 gün müddətində təklif etdiyi pul vəsaitini dövlət büdcəsinə köçürməli, ümumilikdə müqavilə ilə müəyyən olunan şərt və öhdəlikləri yerinə yetirməlidir.

Müsabiqədə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər.

İnvestisiya müsabiqəsinə çıxarılan dövlət əmlakı ilə aşağıdakı link vasitəsilə tanış olmaq olar: https://bit.ly/3lICGrF <https://bit.ly/3lICGrF>

İddiaçıların ərizə və təkliflərinin qəbulu 17 noyabr 2021-ci il tarixinədək iş günləri saat 10:00-dan 17:30-dək Əmlak Məsələləri Dövlət Xidmətində (ünvan: Bakı şəhəri, Y.Səfərov küçəsi, 50) aparılacaqdır.

Komissiya tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin inzibati binasında 18 noyabr 2021-ci il, saat 11:30-dan başlayaraq həyata keçiriləcəkdir.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər