2019-cu ildə Azərbaycanın İKT sektorunda baş verən bir sıra hadisələr baş vermişdir. Ümumilikdə isə daha çox uğurlu hadisələrlə 2019-cu ili yola salırıq. İKT üzrə ekspert Gündüz Osmanlıya görə isə bu sıralamada ölkənin ən mühüm hadisələri aşağıdakılar olmuşdur:
1. Şübhəsiz ki 2019-cu ilin ən yadda qalan və ən önəmli hadisəsi NEQSOL Holdinq -in 734 milyon $ -a “Vodafone” Ukrayna şirkətini alması oldu.
Burada diqqət çəkən məqam həm də odur ki, bu satınalmada maliyyələşmə xarici qurumları, J.P. Morgan Securities Plc və Raiffeisen Bank International A.G. və s. beynəlxalq fond və maliyyə qurumlarını cəlb etməklə gerçəkləşib.
Birmənalı olaraq qeyd etmək yerinə düşər ki 1 milyon 250 milyon manatlıq bu sövdələşmə Azərbaycan üçün böyük uğurdur.
Bununla Azərbaycanın qabaqcıl texnologiyalara və innovasiyalara, yeni bazarlara çıxış imkanları da xeyli güclənəcək
2. Ölkənin İKT sektorunda digər bir yadda qalan layihə “AzerTelecom” şirkəti tərəfindən gerçəkləşən Qazaxıstanın Aktau şəhəri və Bakı arasında Xəzərin dibi ilə fiber optik xəttin çəkilməsini nəzərdə tutan Trans-Xəzər layihəsi oldu.
Təxminən $60 milyon civarında qiymətləndirilən bu layihə artıq hökumətlərarası müqavilələrlə və Prezident sərəncamları ilə təsdiqlənib.
3. Daha bir yaddaqalan layihə “AzerTelecom” şirkəti tərəfindən gerçəkləşən Türkmənbaşı və Bakı arasında Xəzərin dibi ilə fiber optik xəttin çəkilməsini nəzərdə tutulan Trans-Xəzər-2 layihəsi oldu.
Bu layhənin dəyəri haqqında məlumat açıqlanmayıb. Aktau –Bakı arasındakı fiberoptik magistraldan bir qədər qısa olan bu xəttin çəkilişi güman ki $50 milyon civarında ola bilər
Xəzərin dibi ilə fiberoptik magistral çəkilməsinə uzun illər cəhdlər olub və hamısı da uğursuzluğa düçar olmuşdu.
“AzerTelecom” şirkətinin “Azerbaijan Digital Hub” Proqramı çərçivəsində reallaşdırılan Trans- Xəzər layihələri qlobal informasiya infrastrukturunda Azərbaycanın mövqeyini xeyli gücləndirəcək.
4. Cari ildə e-Gov və e-xidmətlər sahəsində bir sıra uğurlu addımlar atılıb.
Xüsusilə də ictimai əhəmiyyət kəsb edən e-məhkəmə, mobil məhkəmə və e-notarius sahəsində Ədliyyə Nazirliyinin, həmçinin də ekelogiya, əmlak və gömrük sahəsində olan bir sıra elektron və mobil həlləri qeyd etmək olar.
VXSİ Dövlət Agentliyi tərəfindən reallaşdırılan MyGov layihəsi də vətəndaşların dövlət xidmətlərinə əlçatanlığı baxımından uğurlu hesab oluna bilər.
Hələlik dövlət qurumlarının informasiya sustemləri arasında inteqrasiya və eGov sahəsində kordinasiya yetərli inkişaf etmədiyindən MyGov-da xidmətlərin sayı çox azdır. Bunula belə myGov gələcəkdə uğurlu və faydalı platformaya çevrilə bilər.
5. Cari il ərzində dövlət başçısı tərəfindən aparılan islahatlar çərçivəsində ölkədə innovasiyalara diqqətin gücləndirilməsi yddaqalan hadisələrdəndir.
Cari ilin əvvəli innovasiyaların inkişafı sahəsində qəbul edilən Prezident Fərmanı innovasiyalar sahəsində inhiçarçılığı aradan qaldırıb, yeni innovasiya qurumunun fəaliyyətə başlaması da yddaqalan hadisələrdəndi.
Ölkədə aparılan islahatlar çərçivəsində bir müddət öncə Prezidnet Administrasiyasında innovasiyalar və eGovla bağlı şöbənin yenidən qurulması və gücləndirilməsi, şöbə rəhbərinə həm də Prezidentin köməkçisi statusunun verilməsi diqqət çəkib. İnnovasiyaların inkişafı ilə bağlı Strategiya gözlənilir.
6. 2019-cu il həm də NRYTN-nin Baktelecom qurumunun internetin inkişafı üçün tanınmayan bir “DG Telecom” şirkətinə 14 milyon manat ayrıması ilə yadda qaldı. Hələlik layihənin yekunu ilə bağlı məlumat verilməyib
7. Cari ildə NRYTN, VXSİ Dövlət Agentliyi , İNNOLAND , AİF, Startap Azərbaycan və s. digər əlaqəli qurumlar tərəfindən innovasiyalar , İT və startap ekosistemlə əlaqəli bir sıra tədbirlər keçirilib.
8. Hər il keçirilən İKT sərgisi daha da zəifləməsi ilə yadda qalıb. Sərginin hər il keçirilməsi özünü doğrultmur. Belə demək mümkünsə, yalnız Prezidentin sərgiyə baş çəkməsi hələlik bu platformanı yaşadır.
9.“Startap şəhadətnaməsi”nin verilməsi üçün meyarlar təsdiq olunmadığından startaplara şəhadətnamələrin verilməsi bu il mümkün olmadı.
Bu, ilin oğurluğu da hesab oluna bilər . Hazırda dövlət provaydrelərinin xüsusu çəkisi son 10 ildə ən yüksək həddə , 75 % -ə çatıb.
Nazirlik kabel-kanal sistemindən bərabər əsaslarla istifadə Qaydalarını bu il də hazırlamadı və özəl provayderləri bu sistemə bu il də buraxmadı
Hazırda bu kimi məslələrlə bağlə NRYTN və özəl provayderlər arasında Məhkəmədə və Antiinhisar Dövlət Xidmətində çəkişmələr davam edir.