25 C
Baku
Friday, April 19, 2024

Azərbaycanın 24 şirkəti Qazaxıstan bazarına çıxışı hədəfləyir

Azərbaycanın 24 şirkəti Qazaxıstan bazarına çıxışı hədəfləyir.

Bunu “QazTrade” şirkətinin baş direktoru Azamat Askarulı Qazaxıstan-Azərbaycan işgüzar şurasının birinci iclasında deyib.

Onun sözlərinə görə, bu şirkətlər sənayedən qida sahəsinə kimi müxtəlif sektorları təmsil edir.

A.Askarulı vurğulayıb ki, son dörd il ərzində 491 şirkət Qazaxıstandan Azərbaycana öz məhsulunu tədarük edib.

“2022-ci ilin birinci yarısında ölkələrimiz arasında ticarət dövriyyəsi 194.1 milyon dollar təşkil edib. Bu sahədə də ötən ilin eyni dövrü ilə müqayisədə artım qeydə alınıb”, – deyə o bildirib.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər