9 C
Baku
Friday, December 13, 2024

Azərbaycanın 3 illik dövlət istiqrazlarının gəlirliliyi 10%-ə çatıb

Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0201040034 ISIN-li, 40 mln. manat həcmində, 1092 gün (3 il) olan tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib. BFB-dən Banker.az-a bildirilir ki, 14 fevral 2023-cü il tarixində hərrac gerçəkləşib.

Hərrac zamanı 17 investor tərəfindən qiymət intervalı 87.752(11.98%)manat və 94.854(8.9952%) manat olan 40 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 92.4106 (9.99%) manat, orta ölçülmüş qiyməti 92.7133 (9.865%) manat müəyyən edilmişdir. Bu isə 2018-ci ilin sentyabrından (9.88% idi) bu tərəfə maksimal göstəricidir.

İstiqrazların orta ölçülmüş gəlirliliyinin artmasına əsas səbəb ölkə ərazisində Azərbaycan Mərkəzi Bankının faiz parametrlərini yüksəltməsidir. 1 fevral tarixindən AMB-nin İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0.25 faiz bəndi artırılaraq 8.5%-ə, faiz dəhlizinin aşağı həddi 0.5 faiz bəndi artırılaraq 6.75%-ə, faiz dəhlizinin yuxarı həddi isə 0.25 faiz bəndi artırılaraq 9.5%-ə qaldırılmışdır.

43243243242344242

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 120 730 500  manat, yerləşdirilmiş həcmi isə 60 000 000 manat təşkil edilmişdir. Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

İstiqrazların ödəmə tarixi 10 fevral 2026-cı il. 

Hərrac iştirakçıları 15 fevral 2023-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

 

 

Son xəbərlər
Digər xəbərlər