1 fevral 2015-ci il tarixində 5 bank zərərlə işləyib.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2015-ci ilin 1 fevral tarixinə olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən 45 bankdan 40-ı mənfəətlə, 5-i isə zərərlə işləyib.
2015-ci ilin yanvar ayı üzrə mənfəətlə işləyən banklar üzrə bank sisteminin cəmi mənfəəti 70,94 milyon manat, zərərlə işləyən banklar üzə bank sektorunun zərəri isə -4,03 milyon manat təşkil edib. Banklar tərəfindən əldə edilmiş yekun mənfəət isə 66,90 mln manat təşkil edib.