14 C
Baku
Thursday, March 28, 2024

Azərbaycanın 5 illik dövlət istiqrazlarının gəlirliliyi yenidən düşdü

Dövlət xəzinəsinin 5 illik istiqrazlarının gəlirliliyi son hərracla müqayisədə 2.7% azalıb

7 dekabr 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin(AZ0108036887 ISIN-li) 20 mln. manat həcmində, 1 820 gün, yaxud 5 il tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə Banker.az-a BFB-dan bildirilir.

Hərrac zamanı 14 investor tərəfindən qiymət intervalı 91.8891 AZN (8%) və 102.2913  AZN (5.47%) olan 18 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 101.8978 AZN (5.56%), orta ölçülmüş qiyməti 102.0937 AZN (5.5151%) müəyyən edilmişdir. Dövlət istiqrazlarının sonuncu dəfə 5 illik müddətə ötən ay – noyabrın 2-də keçirilmiş, və 5.67% təşkil etmişdi. Pandemiyadan sonra isə 5 illik dövlət istiqrazlarının ən yüksək göstəricisi 2020-ci ilin sentyabrında qeydə alınmışdı. Həmin hərracda ödənişlərin gəlirliliyi orta ölçüdə 10.94% idi.

21q2

Bugünkü hərracda sifarişlərin nominal qiymətlə ümumi məbləği 90 mln. 423.5 min manat, yerləşdirilmiş həcmi isə 30 mln. manat təşkil edilmişdir.

Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

İstiqrazların ödəmə tarixi 1 dekabr 2026-cı il.

Hərrac iştirakçıları 8 dekabr 2021-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

 

Son xəbərlər
Digər xəbərlər