2023-cü ilin ilk rübündə Azərbaycanın “ağ qızılı”nın ixrac həcmi öncəki illə müqayisədə kəskin eniş edib.
Bu barədə Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Komitənin ilkin məlumatlarına əsasən 2023-cü ilin yanvar-mart ayları dövründə Azərbaycan xaricə 17 min tonluq pambıq lifi ixrac edib və bu ixracın ümumi dəyəri $31.32 mln. təşkil edir.
Bununla da ixracın həcmi illik müayisədə miqdar baxımından 48% azalma, dəyər baxımından isə 57% azalmadır.
Azərbaycan keçən il pambıq lifinin bir tonun ortalama $2 220 satıldığı halda, cari ilin eyni dövründə $1 842-yə satılıb. Bu da o deməkdir ki, bir tonunda 378 dollar, yaxud 17% ucuz ixrac edilib.
Azərbaycanda pambığın əsas ixracatçı şirkəti “MKT istehsalat kommersiya” MMC-dir. İxrac hədəfləri Türkiyə, Banqladeş və İran bazarıdır. Hazırda əsas alıcı isə Türkiyədir.
Ötən il ərzində 104.3 min ha. pambıq sahəsindən 104.2 ha.-nı yığmağa nail olub. Bu qədər ərazidən 321.8 ton həcmində pambıq məhsul yığıb ki, öncəki ildən 12 faiz yuxarı nəticədir.
Ölkədə qeyri-neft məhsulu kimi ən böyük valyuta gətirən bu aqrar məhsulun hər hektar üz verimliliyi 30.9 sentner, yaxud 3.09 ton təşkil edib.
Öncəki ildə 100.6 min ha ərazidən 287 min ton pambıq yığılıb və hektara məhsuldarlığın 28.5 sentner olduğunu nəzərə alsaq, cari ildə illik müqayisədə 8.4 faiz artımdır.