2022-ci ilin avqust ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 641 min barrel olub. Bunun 554 min barrelini xam neft, 87 min barrelini isə kondensat təşkil edib.
Bu barədə Banker.az-a Energetika Nazirliyindən məlumat verilib.
Xatırladaq ki, OPEC-ə üzv və qeyri-üzv ölkələri nazirlərinin 30-cu iclasında qəbul edilmiş qərar avqustda Azərbaycanda gündəlik xam neft hasilatının 717 min barrelə çatdırılmasını nəzərdə tuturdu.