-1 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanın bank sektoru bir qədər də böyüdü – RƏQƏMLƏR

30 noyabr 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29,827.2 mln. manat təşkil edib. Bu da 2018-ci ilin noyabr ayı ərzində bank sektorunun aktivləri cari ilin oktyabr ayı ilə müqayisədə 0.5% (137 mln. manat) artımın olmasıdır.

Bu barədə Banker.az Maliyyə Bazarlarına Nəzarət Palatasının ilin 11 ayının sonuna olan maliyyə göstəricilərinə istinad edir.

Bundan əlavə cəmi öhdəlikləri isə 25,579.7 mln. manat təşkil edib ki, bu da ay noyabrda 0.2% (61.5 mln. manat) artımın olmasıdır.

OXŞAR YAZI
Azərbaycanda hansı banklar işçilərə daha çox əməkhaqqı ayırır? – REYTİNQ

Sektorun balans kapitalı 4,247.5 mln. manat olmaqla noyabrda balans kapitalı isə 1.8% (75.5 mln. manat) artım qeydə alınıb.

Noyabr ayında bankların kredit portfeli 2.4% (282.9 mln. manat) artaraq 12,171.2 mln. manat təşkil edib. Ümumilikdə 2018-ci ilin 11 ayında bank sektorunun kredit portfeli 7.4% (834.5 mln. manat) artıb.

Noyabr ayında fiziki şəxslərin əmanətləri 7,989.9 mln. manat təşkil edib. Ümumilikdə, 2018-ci ilin 11 ayında fiziki şəxslərin əmanətlərində 5.9% (447.4 mln. manat) artım olub.

Son xəbərlər
Digər xəbərlər