15 C
Baku
Saturday, April 27, 2024

Azərbaycanın bank sektorunun auditini aparan şirkətin vergi borcu olduğu açıqlandı – Məbləğ

Azərbaycanda fəaliyyət göstərən “KPMG Audit Azərbaycan” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.

Məlumata əsasən, “KPMG Audit Azərbaycan” şirkətinin 4 min 833 manat vergi borcu var.

Xatırladaq ki, “KPMG Audit Azərbaycan” MMC 2014-cü ildə dövlət qeydiyyatına alınıb. Audit şirkətinin nizamnamə kapitalı 10 000 manatdır və qanuni təmsilçisi Hikmet Murat-dır.

Onu da qeyd edək ki, KPMG Audit Azərbaycan” şirkəti Azərbaycanda fəaliyyət göstərən bəzi bankların audit yoxlamasını aparıb. KPMG  2019-cu il üzrə 4 bankla əməkdaşlıq edib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər