9 C
Baku
Friday, December 13, 2024

Azərbaycanın bankçılıq missiyası ABŞ Xəzinədarlıq Departamenti ilə görüşlər keçirib

Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərliyi altında Azərbaycanın bankçılıq missiyasının ABŞ-nin dövlət rəsmiləri ilə görüşləri davam edir.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, növbəti görüşlər ABŞ Xəzinədarlıq Departamentinin katibinin qlobal məsələlər üzrə köməkçisi Anna Moris və Xəzinədarlıq Departamentinin Avropa və Avrasiya üzrə katib köməkçisinin müavini Brayan Makkauley ilə baş tutub.

Görüşlərdə makroiqtisadi məsələlər və Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət tədbirləri ətrafında müzakirələr aparılıb. Həmçinin qurumlar arasında risklərin dəyərləndirilməsi və idarə olunması, kibertəhlükəsizlik tədbirlərinin möhkəmləndirilməsi və ümumilikdə maliyyə sabitliyinin təmin olunması istiqamətində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi yer alıb.

Son xəbərlər
Digər xəbərlər