15 C
Baku
Wednesday, May 1, 2024

Azərbaycanın Baş Qərargah rəisi qazaxıstanlı həmkarı ilə görüşüb

Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin Bakıda keçirilən növbəti iclası çərçivəsində Azərbaycanı müdafiə nazirinin birinci müavini – Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Qazaxıstan müdafiə nazirinin birinci müavini –  Baş Qərargah rəisi general-leytenant Marat Xusainov ilə görüşüb.

Banker.az bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.

General-polkovnik K.Vəliyev Azərbaycanın Qazaxıstan ilə hərbi əlaqələrin inkişaf etdirilməsinə böyük önəm verdiyini vurğulayıb.

Bildirilib ki, beynəlxalq arenada baş verən hadisələr, həmçinin ölkələrimizin yerləşdiyi bölgələrdə yaranmış vəziyyət və yeni çağırışlar ikitərəfli münasibətlərin möhkəmləndirilməsini zəruri edir.

General-leytenant M.Xusainov Qazaxıstanın da Azərbaycan ilə hərbi əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu diqqətə çatdıraraq bunun hər iki ölkənin maraqlarına cavab verdiyini vurğulayıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər