11 C
Baku
Sunday, November 17, 2024

Azərbaycanın BMT ilə çərçivə sənədi üzrə 109 mln. dollar cəlb edilib

Bu ilin mart ayında BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi ilə birgə imzalanan 2021-2025-ci illər üçün BMT və Azərbaycan arasında dayanıqlı inkişaf üzrə əməkdaşlığa dair çərçivə sənədinin büdcəsi 192 mln. ABŞ dolları təşkil edir.

Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Dayanıqlı inkişafın maliyyələşdirilməsi: COVID-19 pandemiyasından dayanıqlı və yaşıl bərpa” mövzusunda təşkil olunan tədbirdə çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu məbləğdən artıq 109 mln. dolları BMT-nin ixtisaslaşmış qurumları müxtəlif donor təşkilatları vasitəsilə cəlb edilib, qalan vəsaiti isə hökumət və BMT-nin birgə səyləri nəticəsində toplanılması planlaşdırılır və təmin ediləcək.

“Çərçivə sənədi dörd prioritet istiqamətləri əhatə edir ki, onlardan biri də məhz ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi ilə mübarizəni nəzərdə tutur. Sənədin icrası hazırda davam etdirilir və düşünürəm ki, növbəti dövr ərzində Azərbaycanda dayanıqlı inkişafın maliyyələşdirməsinə faydalı alətlərdən biri olacaq”, – deyə azır qeyd edib.

 

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər