15 C
Baku
Saturday, April 20, 2024

Azərbaycanın BOKT sektorunda xalis mənfəət 3 dəfəyə yaxın artıb

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatları (BOKT) 2022-ci ili 25.7 milyon manat xalis mənfəət ilə başa vurublar.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, BOKT-ların xalis mənfəti 2022-ci ildə ötən ilin eyni dövrü ilə müqayisədə 2.5 dəfə artıb. BOKT-lar 2021-ci ili 10.1 milyon manat xalis mənfəət ilə bağlamışdı.

2022-ci ildə BOKT-ların cəmi faiz gəlirləri 99 milyon manat, qeyri-faiz gəlirləri 20 milyon manat təşkil edib. Əvvəlki ildə BOKT-ların faiz gəlirləri 74.6 milyon manat, qeyri-faiz gəlirləri 13 milyon manat təşkil etmişdi.

31 dekabr 2022-ci il tarixinə BOKT-ların cəmi kredit portfeli (müştərilərə verilən kreditlər) 440.4 milyon manat ikən, 31 dekabr 2021-ci il tarixində 333.3 milyon manat olub.

Ötən il BOKT-ların aktivləri 388.6 milyon manatdan 515.7 milyon manata, öhdəlikləri 224.3 milyon manatdan 305.7 milyon manata, kapitalı isə 164.3 milyon manatdan 210 milyon manata çatıb.

 

Son xəbərlər
Digər xəbərlər