25 iyun 2024-cü il tarixində, saat 12:00-da “Bərdə Broyler” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı Azərbaycan Respublikasında tətbiq edilən karantin rejimi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Mərkəzi Bankının “Səhmdarların ümumi yığıncağının məsafədən (onlayn) keçirilməsinə dair” Təlimatının tələblərinə əsasən, “Microsoft Teams” tətbiqi vasitəsi ilə onlayn formatda həyata keçiriləcəkdir.
Banker.az xəbər verir ki, səhmdarların növbəti ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxil edilmişdir:
I. “Bərdə Broyler” ASC-nin 2023-cü ilin yekunlarına dair maliyyə hesabatlarının təsdiq olunması məsələsi haqqında;
II. “Bərdə Broyler” ASC tərəfindən 2023-cü ilin maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi məsələsi haqqında;
III. “Bərdə Broyler” ASC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında;
IV. Digər məsələlər.