27 C
Baku
Wednesday, April 24, 2024

Azərbaycanın dövlət istiqrazlarının gəlirliliyi 5.27%-ə düşdü

Azərbaycanın bir illik dövlət istiqrazlarının gəlirliliyi azalıb.

Banker.az xəbər verir ki, 13 aprel 2021-ci il tarixində Bakı Fond Birjasıda Maliyyə Nazirliyinin (AZ0104004871 ISIN kodlu) tədavül müddəti 364 gün olan dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 110.6 milyon manat təşkil edib.

Maliyyə Nazirliyi tərəfindən 30 milyon manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 95.0168 manata, yaxud gəlirlilik 5.2734% səviyyəsində müəyyən edilib.

Bu da o deməkdir ki, bu hərracda gəlirlilik analoji şərtlərlə martın sonu satılan dövlət istiqrazlarının gəlirliliyindən 0.2157% bəndi az olub.

Qeyd edək ki, yanvarda ayında 364 günlük istiqrazların hər biri 94.4259 manata (gəlirlilik 5.9356%), fevralda 94.1934 manata, yaxud gəlirlilik 6.1985%, martda 94.8235 manat , yaxud gəlirlilik 5.4891% təşkil etmişdi.

İstiqrazların ödəmə müddəti 12 aprel 2022-ci ildir.


Dövlət istiqrazları (Government bonds) – Dövlət tərəfindən buraxılan borc qiymətli kağızları. Dövlət istiqrazları dövlətin əsas borclanma mexanizmlərindən biri olub, hər hansı bir fövqəladə hadisə ilə əlaqədar tələb olunan xərclərin (məsələn, hərbi xərclər) qarşılanması və ya bu və ya digər tədbirlərin həyata keçirilməsi üçün çatışmayan vəsaitin əldə olunması məqsədi güdür. Bu zaman borcalan kimi dövlət çıxış edir. Bir qayda olaraq, dövlət istiqrazının yerləşdirilməsi borcverənlər tərəfindən bu istiqrazların alınması yolu ilə həyata keçirilir ki, bu zaman borcverən borcalandan təqdim edilən pul vəsaitinə və ya digər əmlaka görə müəyyən edilmiş faiz gəlirləri və ya dövlət istiqrazının tədavülə buraxılma şərtləri ilə nəzərdə tutulmuş digər hüquqları əldə etmiş olur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər