13 sentyabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0106025940 ISIN-li, 20 mln. manat həcmində, tədavül müddəti 1092 gün olan dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
Bu barədə Banker.az-a BFB-dan bildirilir.
Hərrac zamanı 14 investor tərəfindən qiymət intervalı 92.1367 manat (8%) və 97.2914 manat (6%) olan 26 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 96.2329 manat (6.4%), orta ölçülmüş qiyməti 96.7127 manat (6.218%) müəyyən edilib. Qeyd edək ki, sonuncu dəfə 3 illik dövlət istiqrazları 23 avqusta keçirilmiş, gəlirlilik 6.13% təşkil etmişdi.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 57 448 700 manat, yerləşdirilmiş həcmi isə 20 000 000 manat olub.
İstiqrazların ödəmə tarixi 9 sentyabr 2025-ci il.
Hərrac iştirakçıları 14 sentyabr 2022-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd edilir ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.